İsrail Hizbullah xüsusi təyinatlılarının yüksək rəhbərliyini məhv etdi


İsrail Hizbullah xüsusi təyinatlılarının yüksək rəhbərliyini məhv etdi

İsrailin Livana endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının ali rəhbərliyindən 20-yə yaxın komandir məhv edilib.
 

Sfera.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb.
 

Portalın mənbəsi bəyan edib ki, İsrail rəhbərliyi Livanla sərhəddəki vəziyyəti hərbi eskalasiya mərhələsi olmadan diplomatik yolla həll edə bilməyəcəyi qənaətinə gəlib.
 

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının rəhbəri Herzi Halevinin Livanla sərhədə yaxın şimal cəbhəsində müharibənin davam etdirilməsi planlarını təsdiq etdiyi məlum olub. İsrail ordusu Livanın cənubunda "Hizbullahın terror imkanlarını və infrastrukturunu zəiflətmək və bütün hərbi məqsədlərə nail olmaq üçün" zərbələr endirib.

Daha sonra belə bir məlumat ortaya çıxıb ki, İsrail hakimiyyəti şiə təşkilatı Hizbullah üzvlərinə peycer və digər avadanlıqların silsilə partlayışlarından az əvvəl Livandakı əməliyyatla bağlı ABŞ-yə xəbərdarlıq edib.
 

İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...