Lavrov: "Qərb artıq qırmızı xətti keçir"


Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.
 

Sfera.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sky "News Arabia" telekanalına müsahibəsində deyib.
 

“Artıq bir neçə aydır ki, Rusiya sadəcə təhdid edir, “qırmızı xətlər”dən danışır, Qərb isə hər dəfə bu “qırmızı xətləri” keçir və heç nə baş vermir”, - deyə nazir bildirib.
 

Diplomat Rusiya prezidenti Vladimir Putinin Kiyevə Amerika, Fransa və Böyük Britaniyanın uzaqmənzilli raketlərinin tədarükü, habelə onların Rusiya Federasiyası ərazisində istənilən hədəfə atəş açmasına icazə verilməsinin birbaşa hərbi əməliyyatların başlanması demək olacağı barədə xəbərdarlığını xatırladıb.
 

"NATO indi Rusiyaya qarşı müharibə aparır, lakin bu, ukraynalıların əli ilə hibrid müharibədir. Vaşinqtonda bunu dərk edən “ağıllı insanlar” var.. ", - Lavrov qeyd edib.
 

Onun sözlərinə görə, əgər söhbət uzaqmənzilli raket silahlarının tətbiqindən gedirsə, o zaman Ukrayna Silahlı Qüvvələrinin onları təkbaşına buraxa bilməyəcəyi göz qabağındadır. O, izah edib ki, yalnız istehsal edən ölkənin mütəxəssisləri silahı hədəfə yönəldə, peyklərdən məlumat ala və onların əsasında uçuş tapşırıqlarını tərtib edə bilərlər.
 

İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...