Milyarder tikintisinə 75 milyon dollar xərclədiyi iki malikanəni 4 milyon dollara satdı

Milyarder tikintisinə 75 milyon dollar xərclədiyi iki malikanəni 4 milyon dollara satdı

Milyarder Ceyms Tana tərəfindən tikintisinin 75 milyon dollara başa gəldiyi bildirilən Banjup şəhərinin (Avstraliya) Coffee Road və Biniap Road üzərindəki sökük iki malikanəsi ümumilikdə 3,9 milyon dollara satılıb.
 

Sfera.az bildirir ki, evlər 2014-2017-ci illər arasında tikilib.
 

Çin tipli Konfutsi malikanəsi adlanan yarımçıq mülk, mərkəzi ofisi Çində yerləşən Viktoriya dövrünə aid qeyri-kommersiya təşkilatı tərəfindən alınıb.
 

Mediada yayılan xəbərlərə görə, evlərdə heç kim yaşamayıb. İlk sahibi texnologiya maqnatı Ceyms Tan ailəvi səbəblərdən Çinə gedib və geri qayıtmaq fikrində deyil. O, gələcəkdə bir neçə nəsil davamçılarının yaşaması üçün mənzil olacağı fikri ilə evlər tiksə də, arzusu heç vaxt gerçəkləşməyib.


Malikanələr ümumi sahəsi 4,48 hektar olan iki torpaq sahəsində tikilib, lakin hələ tam başa çatdırılmayıb. Onların 80-dən çox otağı, o cümlədən hər birinin içərisində vanna otağı daxil, 20 yataq otağı və bir neçə mətbəxi var.


Evlərdə həmçinin kitabxana, muzey, teatr, böyük iclas və yemək otaqları, hovuzlar və Feng Shui təlimlərinə uyğun dizayn edilmiş dörd həyət var.


 

2014-2017-ci illər arasında “Apex Construction” tərəfindən inşa edilən kompleks qədim Çin Cingpai və Huizhou memarlıq üslublarının birləşməsində dizayn edilib. Bir ev gündəlik həyat üçün, digəri isə əyləncə üçün nəzərdə tutulub.


Köşklərin satışını Tan tərəfindən idarə olunan “Superworld Holdings” adından “Effective Property Solutions” idarə edib.


Əmlak şirkətinin nümayəndəsi Ervin Edlingerin sözlərinə görə, Asiya və Avstraliyadan olan dəbdəbəli daşınmaz əmlak alıcıları arasından 250 nəfər obyektlərlə maraqlanıb.


Yeni sahib malikanələrin tikintisini başa çatdırmağı gözləyir, bundan sonra gələcəkdə onları necə istifadə edəcəyinə qərar verəcək.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İran Ermənistan paytaxtında ticarət mərkəzi AÇACAQ

Oktyabrın 1-də İrəvanda İran ticarət mərkəzi açılacaq.   Sfera.az İran mətbuatına istinadən xəbər verir ki, bu, İranın xaricdə ilk və ən böyük daimi ...

Rusiya yeni hərbi müttəfiq tapdı - Saziş ratifikasiya edildi

Putin Rusiya üçün yeni hərbi müttəfiq tapıb.   Sfera.az bildirir ki, Rusiya prezidenti Cənubi Osetiya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişi ra...

Prezidentlə oğlu təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ...

Unibank biznes sahibləri üçün komissiyaları sıfırladı

Unibank biznes sahibləri üçün yeni kampaniya keçirir. Kampaniya çərçivəsində sahibkarlar üçün əksər xidmətlər 0% komissiyalı, biznes və əmək haqqı kartları isə ...

Məşhur aktyor bu serialdan milyonlar qazanacaq – MƏBLƏĞ

Türkiyənin məşhur aktyoru Çağatay Ulusoyun yeni çəkiləcəyi serialdan qazanacağı məbləğ açıqlanıb.   Sfera.az xəbər verir ki, aktyor “Eşref Rüy...

Azərbaycanlı tələbə qəfil VƏFAT ETDİ - FOTO

Magistr təhsili alan və Krakov şəhərində yaşayan Xəzər Cabbarlı qəfil dünyasını dəyişib.   Sfera.az unikal-a istinadən xəbər verir ki, "Odl...