1,4 milyon dollarlıq idman avtomobili qəzaya səbəb oldu: 12 nəfər xəsarət aldı

1,4 milyon dollarlıq idman avtomobili qəzaya səbəb oldu: 12 nəfər xəsarət aldı

Turində idman və lüks avtomobil sərgisi zamanı ağır qəza baş verib. Nadir “Lancia 037” markalı avtomobilin sürücüsünün törətdiyi qəzada 12 tamaşaçı xəsarət alıb.
 

Sfera.az bildirir ki, nadir və bahalı “Lancia 037” ralli avtomobili izdihamın üzərinə çırpılıb.


Altı zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.


Hadisə avtosalon iştirakçılarının paradı zamanı baş verib. 1982-ci il istehsalı olan “Lancia 037” ralli avtomobilinin sürücüsü sürüşərək təkərləri yandıraraq qəfil yola çıxmaq qərarına gəlsə də, idarəetməni itirib.


“Lancia” markalı idman avtomobili maneəni aşaraq tamaşaçı kütləsinin üzərinə düşüb. 12 nəfər təcili tibbi yardıma müraciət edib: onlardan 6-sı xəstəxanaya çatdırılıb, qalanlarına qəza yerində tibbi yardım göstərilib. Bir qadının vəziyyəti ağırdır. Ona ayağının sınığı diaqnozu qoyulub və təcili əməliyyat olunub.
 

Qeyd edək ki, indiyə qədər sadəcə 20 ədəd “Lancia 037” ralli avtomobili istehsal edilib. Onların hazırkı hərrac qiyməti 1,4 milyon dollara çatır. 1983-cü ildə idman avtomobili məşhur “Audi Quattro”nu məğlub edərək WRC Dünya Ralli Çempionatının qalibi olub.
 

Orta mühərrikli, arxa ötürücülü “Lancia 037” kupesi kompozit materiallardan hazırlanmış kuzova malikdir, cəmi 960 kq ağırlığındadır. Model 255-dən 325 at gücünə qədər 2,0 litrlik turbo mühərriklərlə təchiz edilib.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

İran Ermənistan paytaxtında ticarət mərkəzi AÇACAQ

Oktyabrın 1-də İrəvanda İran ticarət mərkəzi açılacaq.   Sfera.az İran mətbuatına istinadən xəbər verir ki, bu, İranın xaricdə ilk və ən böyük daimi ...

Rusiya yeni hərbi müttəfiq tapdı - Saziş ratifikasiya edildi

Putin Rusiya üçün yeni hərbi müttəfiq tapıb.   Sfera.az bildirir ki, Rusiya prezidenti Cənubi Osetiya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişi ra...

Prezidentlə oğlu təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ...

Unibank biznes sahibləri üçün komissiyaları sıfırladı

Unibank biznes sahibləri üçün yeni kampaniya keçirir. Kampaniya çərçivəsində sahibkarlar üçün əksər xidmətlər 0% komissiyalı, biznes və əmək haqqı kartları isə ...

Məşhur aktyor bu serialdan milyonlar qazanacaq – MƏBLƏĞ

Türkiyənin məşhur aktyoru Çağatay Ulusoyun yeni çəkiləcəyi serialdan qazanacağı məbləğ açıqlanıb.   Sfera.az xəbər verir ki, aktyor “Eşref Rüy...

Azərbaycanlı tələbə qəfil VƏFAT ETDİ - FOTO

Magistr təhsili alan və Krakov şəhərində yaşayan Xəzər Cabbarlı qəfil dünyasını dəyişib.   Sfera.az unikal-a istinadən xəbər verir ki, "Odl...