Ermənistan Baş Prokurorluğu Serj Sarkisyan barədəki hökmdən apellyasiya şikayəti verəcək

Ermənistan Baş Prokurorluğu Serj Sarkisyan barədəki hökmdən apellyasiya şikayəti verəcək

Ermənistanın Baş Prokurorluğu keçmiş prezident Serj Sarkisyan barəsində “dizel işi”nə görə çıxarılan bəraət hökmündən apellyasiya şikayəti verəcək.

 

Sfera.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə sözü gedən qurumdan məlumat verilib.

 

“Dizel işi”nin mahiyyəti ondan ibarətdir ki, Serj Sarkisyan və daha iki nəfər 2013-cü ildə qanunsuz olaraq cinayət əlaqəsinə girərək neft və neft məhsullarının idxalı ilə məşğul olan “Flash” şirkətini tenderin qalibi elan etməklə onun fermerləri subsidiyalar əsasında bu növ yanacaq və sürtkü yağları ilə digər iştirakçılardan daha yüksək qiymətə təchiz etməsinə şərait yaradıb.

 

İstintaqın versiyasına görə, bununla dövlət büdcəsinə külli-miqdarda maddi ziyan vurub.


OXŞAR XƏBƏRLƏR

Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu KEÇİRİLƏCƏK

Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyab...

Prezident Sərəncam İMZALADI

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.   S...

Leysan yağdı, güclü külək əsdi - FAKTİKİ HAVA

Sentyabrın 19-u saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.   Milli Hidrometeorologiya Xidmət...

Fərid Qayıbov Hindistanda beynəlxalq konfransın açılışında iştirak etdi

Yeni Dehli şəhərində səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov Hindistan Gənclər və İdman Nazirliyi, Hindistan Milli Antidopinq Agentliyi və UNESCO-nun...

Livanda yaralanan İran səfiri ölkəsinə APARILDI

Livanda rabitə cihazlarında baş verən partlayışlar nəticəsində yaralanan İranın Livandakı səfiri Moctəba Əmani ölkəsinə aparılıb.   Sfera.az xəbər ve...

Tramp gələn həftə Zelenski ilə görüşə bilər

Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, gələn həftə ABŞ-yə səfəri zamanı Ukrayna lideri Volodimir...