Türkiyə ilə İsveç arasında təhlükəsizliklə bağlı ilk toplantı keçiriləcək

Türkiyə ilə İsveç arasında təhlükəsizliklə bağlı ilk toplantı keçiriləcək

Türkiyə ilə İsveç arasında Təhlükəsizlik Mexanizmi üzrə ilk toplantı sabah Ankarada keçiriləcək.

 

Sfera.az xəbər verir ki, bu barədə “Star Gazetesi” məlumat yayıb.

 

Bildirilib ki, Ankarada keçiriləcək iclasa xarici işlər naziri Hakan Fidan və İsveçin xarici işlər naziri Maria Malmer Stenerqard sədrlik edəcək.

 

İclasın gündəliyində təhlükəsizlik, xüsusilə də terrorizmlə mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bu çərçivədə xüsusilə PKK/PYD/YPG və FETÖ terror təşkilatları kontekstində əlavə addımların atılması gözlənilir.

 

Bundan əlavə, nazir Fidanın İsveç xarici işlər naziri Stenerqard ilə görüşündə ikitərəfli məsələləri, regional və qlobal hadisələri müzakirə edəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Leysan yağdı, güclü külək əsdi - FAKTİKİ HAVA

Sentyabrın 19-u saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.   Milli Hidrometeorologiya Xidmət...

Fərid Qayıbov Hindistanda beynəlxalq konfransın açılışında iştirak etdi

Yeni Dehli şəhərində səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov Hindistan Gənclər və İdman Nazirliyi, Hindistan Milli Antidopinq Agentliyi və UNESCO-nun...

Livanda yaralanan İran səfiri ölkəsinə APARILDI

Livanda rabitə cihazlarında baş verən partlayışlar nəticəsində yaralanan İranın Livandakı səfiri Moctəba Əmani ölkəsinə aparılıb.   Sfera.az xəbər ve...

Tramp gələn həftə Zelenski ilə görüşə bilər

Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, gələn həftə ABŞ-yə səfəri zamanı Ukrayna lideri Volodimir...

Məşhur turist məkanı səhraya çevriləcək: Alimlər gec olmadan getməyi məsləhət görürlər

İspaniyanın aparıcı universitetlərindən birinin tədqiqatçıları yaxın illərdə yağıntılarda qorxulu azalma müşahidə ediləcəyini bildiriblər. Bu cür dəyişikliklər ...

Kamaləddin Qafarov: “Antiterror tədbirlərinin keçirilməsi Azərbaycanın legitim hüququ idi”

“İkinci Qarabağ savaşının Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından keçən 3 il ərzində Ermənistan 10 noyabr üçtərəfli bəyanatının müddəaların...