Lula da Silva: "Braziliya Ukrayna-Rusiya münaqişəsində bitərəf qalacaq"

Lula da Silva: "Braziliya Ukrayna-Rusiya münaqişəsində bitərəf qalacaq"

Braziliya Ukrayna ilə Rusiya arasındakı münaqişədə bitərəf qalacaq.

 

Sfera.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Braziliya Prezidenti Luis İnasiu Lula da Silva deyib.

 

"Braziliyanın bu münaqişədən kənarda qalması və sülh yolu ilə həllinin tərəfdarı olması vacibdir. İndi bizimlə danışmaq istəyənlər bunu müharibə başlamazdan əvvəl edə bilərdilər", - o bildirib.

 

Lula da Silva əlavə edib ki, Braziliya artıq Rusiyanın hücumunu pisləyib, lakin münaqişənin sülh yolu ilə həllində israrlıdır.


OXŞAR XƏBƏRLƏR