Avropa Komissiyasının yeni vitse-prezidentlərinin dördü qadın olacaq

Avropa Komissiyasının yeni vitse-prezidentlərinin dördü qadın olacaq

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyeyenin Komissiyanın yeni tərkibi üçün Avropa Parlamentinə təqdim etdiyi namizədlərdən 11-i qadındır.

 

Sfera.az xəbər verir ki, AK prezidenti mətbuat konfransında namizədlərin 40 faizini qadınların təşkil etməsinin balanslaşdırma siyasətinin göstəricisi olduğunu vurğulayıb.

 

Lyayen vitse-prezidentlərdən dördünün qadın olduğunu da diqqətə çatdırıb:

 

"İlk namizəd siyahısının təxminən 22 faizini qadın, 78 faizini isə kişilər təşkil edirdi. Bu, qəbuledilməzdir. Ona görə də üzv dövlətlərlə işlədik və balansı 40% qadın və 60% kişi səviyyəsinə qədər yaxşılaşdırmağa nail olduq. Bu, göstərir ki, nə qədər irəliləsək də, hələ görüləsi çox iş var. Bunu nəzərə alaraq, altı vitse-prezident təyin etdim. Həmin vitse-prezidentlərdən dördü qadın, ikisi isə kişidir".

 

AK prezidenti vitse-prezidentlərin kimliklərini də açıqlayıb və qeyd edib ki, Estoniyanın keçmiş Baş naziri Kaya Kallas vitse-prezident olmaqla yanaşı, həm də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək:

 

"İspaniyanın Ekoloji Keçid və Demoqrafik Problemlər naziri Teresa Ribera Təmiz, Ədalətli və Rəqabətli Keçid üzrə vitse-prezident olacaq. Henna Virkkunen isə Texnoloji Suverenlik, Təhlükəsizlik və Demokratiya üzrə bu posta yiyələnəcək., Fransanın xarici işlər naziri Stefan Sejurne Rifah və Sənaye Strategiyası üzrə vitse-prezident olacaq, Roksana Minzatunun İnsanlar, Bacarıqlar və Hazırlıq üzrə vitse-prezident pozisiyasını tutması planlaşdırılıb. Raffaele Fitto isə Birlik və İslahatlar üzrə vitse-prezident olacaq".


OXŞAR XƏBƏRLƏR

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...

Minalardan nə vaxt tamamilə azad olacağıq? - Gözlənilən tarix

Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəy...