Tokayev Almaniyanı Xəzərin dibi ilə enerji kabelinin inşası layihəsində iştiraka dəvət etdi

Dünya
14:00 / 17.09.2024
2442
Almaniya Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən həyata keçirilən Xəzər dənizinin dibi ilə enerji kabelinin tikintisi layihəsində iştirak edə bilər.
Sfera.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev belə bir təkliflə Mərkəzi Asiya və Almaniya liderlərinin Astanada keçirilən görüşü zamanı çıxış edib.
“Ölkəmiz Özbəkistan və Azərbaycanla birlikdə “yaşıl enerji”nin Xəzər dənizinin dibi ilə və daha sonra Avropa ölkələrinə ötürülməsi üçün xəttin tikintisi layihəsi üzərində işləyir. Biz almaniyalı tərəfdaşlarımıza bu strateji layihədə iştirak imkanlarını nəzərdən keçirməyi təklif edirik”, - o bildirib.(Report)