Kallas Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək

Kallas Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək

Estoniyanın sabiq baş naziri Kaya Kallas noyabrın 1-dən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinin icrasına başlayacaq.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib.

 

"Artıq bildiyiniz kimi, Kaya Kallas bizim ali nümayəndəmiz və vitse-prezidentimiz olacaq. Biz geosiyasi qarşıdurmalar və qeyri-sabitlik dövründəyik. Xarici və təhlükəsizlik siyasətimiz bu reallığı dərk etməklə müəyyən edilməlidir", - o qeyd edib.


OXŞAR XƏBƏRLƏR