Kölndəki gecə klubunun yaxınlığında partlayış OLDU

Kateqoriya məlum deyil
T
Səhər saatlarında Almaniyanın Köln şəhərində partlayış olub.
Sfera.az-ın “Kölner Stadt-Anzeiger” portalına istinadən məlumatına görə, hadisə şəhərdəki gecə klublarından birinin yaxınlığında baş verib.
Polis əməkdaşları ərazini mühasirəyə alaraq, araşdırmalara başlayıb.
Hadisənin təfərrüatları hələlik məlum olmasa da, hüquq-mühafizə orqanları onun burada narkotik maddələrin ticarəti ilə məşğul olan qruplaşmalar arasındakı ədavətin nəticəsi olduğunu ehtimal edir.






