Şimali Koreyanın xarici işlər naziri Rusiyaya səfərə YOLA DÜŞDÜ
Dünya
11:27 / 16.09.2024
1428
Şimali Koreyanın xarici işlər naziri Çoi Son Hi Rusiyaya səfərə yola düşüb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Şimali Koreyadakı səfirliyi məlumat yayıb.
Məlumata görə, Şimali Koreyanın xarici işlər naziri Çoi Son Hi sentyabrın 18-20-də Sankt-Peterburqda keçiriləcək IV Avrasiya Qadınlar Forumu və BRİCS Qadınlar Forumunda iştirak edəcək.