"Məni aradan götürmək istəyirlər" - Prezidentdən HƏYƏCANLI AÇIQLAMA
Dünya
08:29 / 13.09.2024
4740
Kolumbiya prezidenti Qustavo Petro ölkədə onu aradan götürmək və ya vəzifəsindən uzaqlaşdırmaq məqsədi ilə dövlət çevrilişi hazırlandığını bildirib.
Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Yaxın üç ayda prezidentin vəzifədən kənarlaşdırılması və ya onu devirmək üçün artıq göstəriş verilib”, - o qeyd edib.
Ölkə prezidenti çevrilişin “Kolumbiya üslubunda” hazırlandığını bildirib. O, konstitusiyaya əsasən ölkə liderinin toxunulmaz olduğunu xatırladıb.
Bu bəyanatlar siyasətçinin prezidentlik kampaniyasının maliyyə mənbələri ilə bağlı aparılan araşdırma zamanı verilib. Petro deyib ki, o, “qanunsuz orqan” tərəfindən mühakimə olunur.