Boşandıqdan sonra özünə tropik ada almağa qərar verdi - FOTOLAR

Boşandıqdan sonra özünə tropik ada almağa qərar verdi - FOTOLAR

60 yaşlı britaniyalı İan Usher (Yan Aşer) köhnə həyatını tərk edərək bütün əşyalarını satmaq qərarına gəlib. O, Karib dənizində özünə tropik ada alıb.

 

Sfera.az bildirir ki, həyat yoldaşından boşandıqdan sonra üç otaqlı evini, avtomobilini, motosikletini satan Yan Aşer tezliklə öz adasına köçməyə qərar verib. O, daim səyahət etməyi sevən adam olub. 


Yan Aşer Avstraliyanın Pert şəhərində yaşayıb. İşindən və başqa ölkədəki yeni həyatından yorulduğunu anlayanda isə bu qərarı verib.

 

Cəmi altı il sonra sənədli rəssam Ben Foql Karib dənizindəki kimsəsiz bir adaya köçdükdən sonra britaniyalı Yanla tanış olub. O, rəssama burada yeni həyatından xoşbəxt olduğunu bildirib. Sevgilisi Vanessa ilə birlikdə Panama sahillərində yerləşən tropik Bokas del Toro adasına köçüb.

 


"Mən həmişə bir az macəraçı olmuşam və buna görə də həmişə qayayadırmanma, kanoe və suya tullanma kimi məşğuliyyətlərlə açıq havada çox vaxt keçirmişəm"

 

Aşer tropik adanı 2011-ci ildə baxımsız qalanda 27500 dollara alıb və onu abadlaşdırmaq üçün dörd il sərf edib. Britaniyalı hər 10 gündən bir yemək və yanacaq üçün şəhərə getdiklərini və Londona səfəri zamanı tanış olduğu sevgilisi Vanessa Andersonun onunla yaşadıqdan sonra həyatını xeyli dəyişdiyini bildirib.

 


Aşer bəzən  xizək sürmək, WiFi və dostları ilə ingilis pubında əylənmək üçün darıxdığını da bildirir.

 

 

“Vanessa hələ də Londonda kapuçino üçün darıxır, amma düşünürəm ki, o, tezliklə bunun öhdəsindən gələcək”-deyə o əlavə edir.

 

Vanessa (ortada) və Yan (sağda) adalarını satdıqdan sonra dünyanı gəzirlər.

 


2015-ci ildə Aşer təmir edilmiş adanı satmağa nail olub. O qeyd edib ki, artıq onu buraya heç nə bağlamır. Satışdan sonra borclarını ödəyib və yeni macəralar axtarır. İan və Vanessa yeddi il dünyanı gəzərək, Tailand, Nikaraqua və digər ölkələrə səfər ediblər. Bundan əlavə onlar Fransanın Burqundiya şəhərində mülk də alıblar.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

"Qarabağ"ın matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) oyunu üçün indiyədək 11 min bilet sa...

Yaponiyada qadınların orduya yolu tam açıldı

Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb.   Sfera.az xəbər verir ki, av...

"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqla...

Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 99 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Açıq su hövzəsində çimmək uşaqlarda müxtəlif infeksiyalara yoluxma və hipotermiya ilə nəticələnə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya D...

Avqustda bu bürcləri şad xəbərlər gözləyir

2025-ci ilin avqust ayı bəzi bürclər üçün xoş sürprizlər, yeni başlanğıclar və sevindirici xəbərlərlə dolu olacaq. Ulduzlar sevgi, karyera və maliyyə sahələrind...