Rusiyalı məktəblilər helikopter MƏHV ETDİLƏR

Rusiyalı məktəblilər helikopter MƏHV ETDİLƏR
Kateqoriya məlum deyil
T

İki rusiyalı yeniyetmə “Mi-8” hərbi helikopterini partlayıcı maye və siqaretdən istifadə edərək məhv edib.

 

Sfera.az yerli mediaya istinadən xəbər verir ki, 13 və 14 yaşlı yeniyetmələr helikopterin yerləşdiyi meydançaya yollanaraq onun üzərinə yanar maye ilə səpiblər.

 

Sonra oğlanlar siqaret çəkmək qərarına gəlib. Onlardan biri yanan tütün məhsulunu helikopterin üzərinə atan zaman partlayış baş verib.

 

Yeniyetmələr ağır yanıq xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.

 

Onlar ifadələrində bunun üçün naməlum şəxsdən tapşırıq aldıqlarını və qarşılığında onlara 5 milyon rubl (təxminən 93 min AZN) vəd edildiyi bildiriblər.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR