ABŞ "Hizbullah"ı dəstəkləyən üç şəxsə və beş şirkətə sanksiya TƏTBİQ EDİLDİ
Dünya
20:10 / 11.09.2024
3528
ABŞ "Hizbullah"ın qanunsuz gəlir əldə etməsinə mane olmaq və onun maliyyə şəbəkəsini dağıtmaq səylərinin bir hissəsi olaraq üç şəxs və beş şirkətə sanksiya tətbiq edib.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat yayıb.
O bildirib ki, ABŞ "Hizbullah" və onu dəstəkləyən biznes şəbəkələrinin təqibini davam etdirəcək:
"Biz üç şəxsə və beş şirkətə sanksiya tətbiq edirik, eləcə də "Hizbullah" üçün gəlir gətirmək məqsədilə neft qaçaqmalçılığı üçün istifadə edilən iki gəmiyə blok qoyuruq. Bu gün müəyyən edilən şəbəkəyə livanlı iş adamları daxildir. Biz "Hizbullah"ı dəstəkləyən biznes şəbəkələrini dağıtmağa davam edəcəyik".