“Linkin Park” 7 il sonra yeni solisti ilə səhnəyə qayıdır - FOTO

“Linkin Park” 7 il sonra yeni solisti ilə səhnəyə qayıdır - FOTO

Amerikanın məşhur rok qrupu “Linkin Park” yenidən bir araya gələrək pərəstişkarlarına yeni musiqi və qadın vokalçısını təqdim edib. 

 

Qeyd edək ki, 2017-ci il iyulun 20-də qrupun solisti Çester Benninqton özünü asaraq intihar edib.

 

Sfera.az bildirir ki, yeddi il sonra qrup yenidən səhnəyə qayıdır.

 

Qrup artıq təkcə yeni albomu deyil, həm də yenilənmiş heyətlə ilk turunu elan edib. İlk konsertdə “Linkin Park” köhnə hitlərilə yanaşı, təzə musiqilər ifa edib. 

 

Artıq qrupun “YouTube” kanalındakı konsertin ilk axını pərəstişkarların sevimli qrupları üçün necə darıxdığını göstərir. Paylaşıldıqdan sonra 11 saat ərzində onu 2,8 milyondan çox insan izləyib.

 

Qrup, ayrılmış Rob Bourdonun yerinə yeni nağara ifaçısı Colin Britten və “Dead Sara” qrupunun keçmiş üzvü, 38 yaşlı müğənni-bəstəkar Emili Armstronqu vokalçı olaraq heyətinə daxil edib. 

 

Canlı çıxış edən ilk şəxs, Çester ilə birlikdə bir çox hit yazan vokalist, gitaraçı, klaviatura ifaçısı, reper və rok qrupunun yaradıcılarından biri olan Mayk Şinoda olub. O, qrupun yeni üzvlərini azarkeşlərə təqdim edib. Bred Delson, Phoenix və Joe Hahn “Linkin Park”ın köhnə heyətində qalıblar.

 

Qrupun çıxışında onların son sinqlı “The Emptiness Machine” ifa olunub. Qrup həmçinin Noyabrın 15-də çıxacaq “From Zero” adlı yeni albomunu elan edib.

 

Benninq kimi ifadəli və çox oxşar oxuma tərzinə malik olan yeni vokalçı tamaşaçıları məmnun edib. 

 

Linkin Park”ın yeni müğənnisi Emili Armstronq

 

Emili Los-Ancelesdə doğulub böyüyüb. O, 11 yaşında mahnı yazmağa və gitara çalmağa, 15 yaşında mahnı ifa etməyə başlayıb. Qız rok musiqisini o qədər sevib ki, hətta orta məktəbi də atıb. Müsahibələrin birində ifaçı etiraf edib ki, musiqi onun həzz aldığı yeganə şeydir.

 

2002-ci ildə Armstronq ortaq dostu vasitəsilə tanış olduğu gitaraçı Susie Medley ilə birlikdə çıxış etməyə başlayıb. Onların musiqidə oxşar zövqləri var idi: hər ikisi “Nirvana” və “L7” fanatı olub və 1960-1970-ci illərin folk və blyuz artistlərini seviblər.

 

Bir mahnı müəllifi kimi, Armstronq folk rok janrından təsirlənib.

 

Hard rok qrupu “Dead Sara”nın debüt albomu çıxmazdan əvvəl Armstronq bir çox məşhur musiqiçilərin diqqətini çəkib. 

 

Mərhum “Nirvana” solisti Kurt Kobenin həyat yoldaşı Kortni Lav albomu üçün birlikdə trek yazmaq üçün Armstronqu Nyu Yorka dəvət edib.

 

Sənətçi The Offspring, Beck, Demi Lovato, Awolnation və Robbie Kreiger of the Doors kimi ulduzlarla canlı musiqi ifa edib. 

 

5 sentyabr 2024-cü ildə Emili ilk dəfə “Linkin Park” ilə birgə çıxış edib. 

 

Yenilənmiş heyəti ilə “Linkin Park” artıq Los-Anceles, Nyu-York, Almaniya, London və Cənubi Koreyada beş arena, habelə Kolumbiyanın Boqota şəhərində altıncı konserti əhatə edəcək “From Zero World Tour”una çıxacaq.

 

 

Aynil

Sfera 


OXŞAR XƏBƏRLƏR

Pərviz Şahbazov Qırğızıstanda bir sıra görüşlər KEÇİRDİ

Qırğızıstanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov...

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən ölkənin müxtəlif bölgələrində inşa və təmir olunan təhsil mü...

Pakistan rəsmisi: "Azərbaycanla imzalanmış yeni ticarət sazişitərəfdaşlığın inkişafına təkan verəcək"

Bu ilin iyul ayında Azərbaycan və Pakistan arasında imzalanmış tranzit və güzəştli ticarət haqqında saziş ticarət tərəfdaşlığının inkişafına yeni təkan verəcək....

"Konstitusiyada evlilik yaşı artırılıb 25 edilməlidir, çünki..." - Psixoloq

Evlilik yaşı məsələsi bir çox ölkələrdə müzakirə olunur. Son vaxtlar isə bəzi ölkələrdə psixoloqlar və ya ailə məsələləri üzrə mütəxəssislər təklif edir ki...

Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi – FOTO

"Naxçıvan" Universitetinin qurucusu, Naxçıvan Ali Məclisinin uzun müddət deputatı olmuş professor İsmayıl Əliyevə ağır itki üz verib.   Sfe...

Qızılın qiyməti yeni rekord VURDU

Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 0,4 % artaraq 2 589 ABŞ dollarına çatıb.   Sfera.az bu barədə “Bloomberg”ə istinadən xəbər ...