Türkiyə aviasiya tarixinin ən böyük fəlakətlərindən biri: Ulus faciəsi

Türkiyə aviasiya tarixinin ən böyük fəlakətlərindən biri: Ulus faciəsi

Türkiyə aviasiya tarixinin ən böyük fəlakətlərindən biri 1963-cü ildə Ankarada iki təyyarənin havada toqquşması nəticəsində 120 nəfərin öldüyü Ulus faciəsidir.
 

Sfera.az sizə bu hadisə haqqında məlumat təqdim edir.

1963-cü il fevralın 1-də, Ramazan ayının ilk günündə minlərlə insan Ankaranın mərkəzi sayılan Ulusda iftara hazırlaşmağa tələsirdi.
 

Livanın “Middle East Airlines” sərnişin təyyarəsi Esenboğa hava limanından eniş icazəsi istəyir. Bu eniş dəqiqələri isə sonra baş verir, lakin olduqca faciəvi şəkildə. C-47 Hərbi-nəqliyyat təyyarəsində olan uçuş heyəti Ankara səmasında təlim uçuşu həyata keçirərkən baş verəcək fəlakətdən xəbərsiz olub.


Bu gün Ankarada yaşayanların əksəriyyətinin belə bilmədiyi bu təyyarə qəzası Türkiyənin ən böyük fəlakətlərindən biri hesab olunur. Şahidlərin sözlərinə görə, vəziyyət təkcə təyyarə qəzası ilə məhdudlaşmayıb. Şəhərin ortasında da böyük yanğına səbəb olan bu qəza çoxlu sayda günahsız insanın ölümü ilə nəticələnib.

 

Ramazanın ilk günü cüməyə təsadüf edib və o gün Ankarada hava çox aydın olub.
 

Hər kəs öz adi təşvişində işə və dərsə gedərkən heç kim bilmirdi ki, həmin gün 120 nəfərin həyatına son qoyacaq dəhşətli qəza baş verəcək. Livan Orta Doğu Hava Yollarına məxsus “Vickers 754D” tipli sərnişin təyyarəsi 15 sərnişinlə Ankara Esenboğa hava limanına enməyə hazırlaşırdı. Eyni anda Etimesgut rayonu üzərində havaya qalxan “Çubuk 28” hərbi təyyarəsi təlim uçuşunu başa vuraraq marşrutu hava limanına çevirib. Saat 16:00 radələrində Ankaranın göbəyində faciəvi qəza baş verib.

 

Həmin gün Beyrut-Nikosiya-Ankara reysini həyata keçirən sərnişin təyyarəsi ilə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-47 nəqliyyat təyyarəsi Ankara Altındağ silsiləsi ilə Hisartəpə arasında toqquşub.
 

Qəzadan əvvəl sərnişin təyyarəsi təxminən 250 km/saat, C-47 isə təxminən 222 km/saat sürətə malik idi. Qəza sərnişin təyyarəsinin hündürlüyü aşağı salaraq 2133 metr hündürlükdə sol arxa quyruqdan C-47-yə dəyməsi nəticəsində baş verib.


Son anda C-47-ni görən sərnişin təyyarəsinin pilotları lomlardan tutub yenidən təyyarəni qaldırmaq istəsələr də, təəssüf ki, bu kifayət etməyib.
Ankaranın hər yerindən eşidilən insan çığırtıları qara tüstü ilə birlikdə səmaya süzülüb, sözün əsl mənasında şəhərin siluetini formalaşdırıb.
 

Hadisənin baş verdiyi Hökumət küçəsində xaos yaşanıb. İnsanlar nə baş verdiyini anlamağa çalışıblar. Təyyarənin düşən hissələri binalara ciddi ziyan vurub və yanğınlara səbəb olub. Küçənin girişi ilə birbaşa üzbəüzdə sonralar Kənd İşləri Nazirliyi kimi istifadə olunacaq bina tikilirdi. 7-8 mərtəbəli bina sütun və tirlərdən ibarət skeletə çevrilmişdi.


Ayın ilk günü maaşlarını toplamaq və Ramazan alış-verişi etmək üçün küçələrə çıxan yüzlərlə insan təyyarədən qopan parçaların hədəfi olub.
 

Hərbi təyyarənin böyük hissələri Bentderesi Yeni Həyat məhəlləsindəki evlərin üzərinə düşüb və bu evlərdə olan 5 nəfər həyatını itirib, 2 uşaq isə yaralanıb. Sərnişin təyyarəsi və onun hissələri Ulus və ətraf ərazilərdə qəzaya uğrayıb. Təyyarənin sınıq gövdəsinin açdığı boşluqdan sərnişinlər sözün əsl mənasında çölə atılıblar.

 

Sərnişinlər arasında olan Səudiyyə Ərəbistanının o zamankı səfirinin həyat yoldaşı Anafartalar xəstəxanasının yaxınlığındakı “Belli Apartment”ın damında, uşaqlarının cəsədləri isə Berlin otelinin qarşısında tapılıb. Britaniyalı pilotun parçalanmış cəsədi “Trade Inn”in yuxarı mərtəbəsində tapılıb. Yüzlərlə insanın həm tanış, həm də naməlum cansız bədənləri Ulus küçələrinə səpələnib.

Təyyarənin yanacağı benzin olub. Benzin də alovlanaraq binalara təsir edən yanğına səbəb olub.
 

İnsan itkiləri daha çox yerdə olanlar arasında olub. Ramazan ayının ilk günü olduğundan bazar və marketlərdə alış-veriş edənlərin çoxluğu, yaxınlıqdakı Hacı Bayram və Zincirli məscidlərində qılınacaq əsr namazına təsadüf etməsi böyük izdiham yaratmağa kifayət edirdi.


Təyyarənin qəzaya uğradığı küçənin kəsişməsində iki bank olub: Garanti və İstanbul Bank. Xüsusilə İstanbul Bankının qapı və pəncərələrində dəmir barmaqlıqlar, təcili yanğın çıxışı isə olmayıb. Təəssüf ki, qəzaya tuş gələnlərin heç biri özünü yanmaqdan xilas edə bilməyib. Yanan və zədələnən iş yerlərinin sayı 40-dan çox olub.

 

Meyitlərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
 

Əvvəlcə ölənlərin sayının 80 olduğu bildirilsə də, sonradan bu rəqəm 120-yə yüksəlib. Sadəcə olaraq küçələrdə dolaşan, yaşamağın necə gözəl olduğunu düşünən, gözəl havanın dadını çıxaran yüzlərlə insan qəza nəticəsində bilmədən dünyasını dəyişib. Qəzadan 4 gün sonra dəfn mərasimi keçirilib. Hacı Bayram məscidində qılınan cənazə namazı və mərasimindən sonra Cebeci Əsri qəbiristanlığına göndərilən cənazə kortejində 87 tabut olub.

 

Qəzadan sonra “Middle East Airlines” səlahiyyətliləri:
 

"Pilotlarımıza bölgədə başqa təyyarələrin olması barədə məlumat verilməyib", “Bu qəzada pilotlarımızın heç bir günahı yox idi” ifadələri səsləndirib.
 

Toqquşmadan dərhal sonra edilən ekspertiza rəyində hərbi təyyarə yaşayış massivində vizual uçuş rejimində uçduğu və vəziyyətini Esenboğa qülləsinə bildirmədiyi üçün tamamilə günahkar sayılıb. Sərnişin təyyarəsinin pilotları isə həqiqətən həmin ərazidə təyyarənin olması barədə onlara məlumat verilmədiyi üçün təqsirli bilinməyiblər. Daha sonra keçirilən ikinci ekspertizada isə əksinə - sərnişin təyyarəsinin 80%, hərbi təyyarənin isə 20% qüsurlu olduğu müəyyən edilib.
 

Paytaxtın göbəyində, iynə atsan da yerə dəyməyən izdihamda ömründə heç vaxt təyyarəyə minməyən insanlar təyyarənin altında qalaraq ölüblər. Bu faciəni şahidlər: “sanki göydən cəsədlər yağırdı”-  deyə təsvir edirdilər. Həmin an səmanı qırmızı və qara tüstü qarışığı büryüyüb.
 

Ümid edirik ki, tarixdə belə ağrılı fəlakətlər bir daha təkrarlanmayacaq.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

KİV: "Netanyahu müdafiə nazirini istefaya göndərməyə hazırlaşır"

İsrail Baş naziri Benyamin Netanyahu yaxın gələcəkdə müdafiə naziri Yoav Qallantı istefaya göndərməyə hazırlaşır.   Sfera.az xəbər verir ki, bu barəd...

Pərviz Şahbazov Qırğızıstanda bir sıra görüşlər KEÇİRDİ

Qırğızıstanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov...

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən ölkənin müxtəlif bölgələrində inşa və təmir olunan təhsil mü...

Pakistan rəsmisi: "Azərbaycanla imzalanmış yeni ticarət sazişitərəfdaşlığın inkişafına təkan verəcək"

Bu ilin iyul ayında Azərbaycan və Pakistan arasında imzalanmış tranzit və güzəştli ticarət haqqında saziş ticarət tərəfdaşlığının inkişafına yeni təkan verəcək....

"Konstitusiyada evlilik yaşı artırılıb 25 edilməlidir, çünki..." - Psixoloq

Evlilik yaşı məsələsi bir çox ölkələrdə müzakirə olunur. Son vaxtlar isə bəzi ölkələrdə psixoloqlar və ya ailə məsələləri üzrə mütəxəssislər təklif edir ki...

Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi – FOTO

"Naxçıvan" Universitetinin qurucusu, Naxçıvan Ali Məclisinin uzun müddət deputatı olmuş professor İsmayıl Əliyevə ağır itki üz verib.   Sfe...