Ermənistanda Qərbi Nil virusuna yoluxanların sayı ARTDI

Kateqoriya məlum deyil
T
Ermənistanda ümumilikdə 108 nəfər Qərbi Nil qızdırması virusuna yoluxub.
Sfera.az-ın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, bu barədə ölkənin səhiyyə naziri Anait Avanesyan məlumat verib.
O bildirib ki, ən çox yoluxma Armavir və Ararat vilayətlərində müşahidə olunur.
Nazirin sözlərinə görə, bir həftə ərzində yoluxanların sayında 16 nəfərlik artım qeydə alınıb.






