Zelenskinin ofis rəhbərinin müavini istefa verdi
Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müavini Rostislav Şurma vəzifəsini tərk edir.
Sfera.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenk özünün Telegram kanalında məlumat verib.
"Şurma prezident aparatının rəhbərinin müavini vəzifəsini tərk edir", - deputat bildirib.
Qonçarenkonun sözlərinə görə, vəzifəsini tərk edən Şurma “hər şeyin böyük problemlərə doğru getdiyini hiss edir”.
Sentyabrın 3-də “Ukrayinska Pravda” nəşri dövlət başçısına yaxın mənbələrə istinadən yazıb ki, Zelenski yaxın günlərdə Şurmanı işdən çıxara bilər.
Rostislav Şurma 2021-ci ildən prezident aparatı rəhbərinin müavini vəzifəsində çalışır. Bundan əvvəl bir sıra Ukrayna KİV-i araşdırma dərc edib və ondan belə çıxıb ki, Şurmaya yaxın adamlara məxsus bir neçə enerji şirkəti əsassız dövlət ödənişləri alıb.
İnci
Sfera.az