Küveytdə İrana məxsus gəmi batdı, heyət üzvləri həlak oldu

Küveytdə İrana məxsus gəmi batdı, heyət üzvləri həlak oldu
Kateqoriya məlum deyil
T

Küveytin ərazi sularında İrana məxsus yük gəmisinin batması nəticəsində 6 nəfər heyət üzvü həlak olub.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

 

Bildirilib ki, sentyabrın 1-də gəminin kapitanı sahil mühafizəsi ilə əlaqə saxlayaraq əlverişsiz hava şəraiti səbəbindən gəminin batmaq təhlükəsi ilə üzləşdiyini bildirib.

 

Aparılan axtarışlar zamanı hadisənin baş verdiyi ərazidən üç nəfərin meyiti çıxarılıb.

 

Qeyd edək ki, ölənlərdən üçü İran, digərləri isə Hindistan vətəndaşlarıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR