Yaponiyanın Baş naziri Cənubi Koreyaya SƏFƏR EDƏCƏK
Dünya
12:23 / 03.09.2024
6980
Yaponiyanın Baş naziri Fumio Kişida sentyabrın 6-7-də Seula səfər edəcək və Cənubi Koreya Prezidenti Yoon Suk Yeol ilə görüşəcək.
Sfera.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Qeyd edilib ki, liderlər bu ay Kişidanın istefası ərəfəsində ölkələr arasında əməkdaşlığı gücləndirmək səyləri ilə bağlı irəliləyişləri nəzərdən keçirəcək və tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi yollarını müzakirə edəcəklər.