Əslində səbəb çox rəsmidir: Niyə Çində təyyarələr ziqzaq edir?
Dünya
08:00 / 31.08.2024
3752
Çində şəhərlərarası uçuşa getsəniz və ya Çinə doğru uçan bir təyyarəyə minsəniz, başınız gicəllənə bilər.
Sfera.az bildirir ki, əslində biz bunu görməsək də, havada da yollarda olduğu kimi bəzi marşrutlar var, ara nöqtələr də çoxdur.
Pilotlar bu keçid nöqtələrini uçuşun əvvəlində və sonunda istiqamət, sürət, hündürlük dəyişikliyi kimi amillər üçün istifadə edə bilərlər. Ancaq Çində vəziyyət çox fərqlidir.
Çinin hava məkanının yalnız 20%-i mülki aviasiyaya icazə verir. Qalan 80% Çin ordusuna məxsusdur.
Buna görə də təyyarələr düz marşrutla getmək əvəzinə daima ziqzaqla hərəkət etməlidirlər.
Çin hökuməti səmanın bir hissəsini mülki aviasiya üçün saxlamağa çalışsa da, hələlik yeni bir dəyişiklik yoxdur.
Aynil
Sfera.az