Putin həbs olunacaq? - Sentyabrın 3-də...


Putin həbs olunacaq? - Sentyabrın 3-də...

Ukrayna Xarici İşlər Nazirliyi Vladimir Putinin səfər etməyi planlaşdırdığı Monqolustan hakimiyyətinə Rusiya prezidentinin həbsi ilə bağlı müraciət edib.
 

Sfera.az xəbər verir ki, müraciət Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
 

Nazirlik bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) yurisdiksiyasını qəbul edən Monqolustan Rusiya liderini orderi icra etməyə və həbs etməyə borcludur. "Putin və Rusiya Federasiyasının digər hərbi-siyasi rəhbərliyi ədalət qarşısında çıxış etməlidir", - Ukrayna Xarici İşlər Nazirliyi qeyd edib.


Cümə günü dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremlin Vladimir Putinin Monqolustana gözlənilən səfəri ilə bağlı “narahatlığı yoxdur”. Onun sözlərinə görə, Moskva ilə Ulan-Bator arasında əla dialoq qurulub və prezidentin səfərinin bütün aspektləri “diqqətlə hazırlanıb”.
 

Putin sentyabrın 3-də Monqolustana rəsmi səfər edəcək. Orada dövlət başçısı Sovet və Monqolustan silahlı qüvvələrinin Xalxin-Qol çayında yapon militaristləri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etməsi nəzərdə tutulub.



İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar oktyabrda AZALDI

Bu ilin yanvar-oktyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 828 kiberhücum indikatoru (IOC...

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdi...

“Sənə bir şey almayanda başıma vurursan” - Doğuşdan Xoşqədəmə

Müğənni Doğuş həyat yoldaşı Xoşqədəm Hidayətqızına efirdə etiraz edib.   Sfera.az xəbər verir ki,  hadisə “Səni axtarıram” verilişin...

İlan sancan hamilə qadın ana oldu

Bir müddət əvvəl yeddiaylıq hamilə qadının ilan sancması səbəbi ilə Ağstafa rayonundan Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi...

COP29 çərçivəsində Kosmik Agentliklərin Rəhbərlərinin Sammiti keçiriləcək

COP29 çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağır...

Bakıdakı dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ - ANBAAN VİDEO

Bugünlərdə paytaxtın Heydər Əliyev prospektində baş vermiş zəncirvari qəzanın görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, görüntülərdən yolun piy...