Türkiyədə FETÖ-yə qarşı ƏMƏLİYYAT - 20 nəfər saxlanıldı

Türkiyədə FETÖ-yə qarşı ƏMƏLİYYAT - 20 nəfər saxlanıldı
Kateqoriya məlum deyil
T

Türkiyənin 11 vilayətində FETÖ terror təşkilatına qarşı “Kıskaç-25” əməliyyatı keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

 

O bildirib ki, əməliyyatlar Adana, Ankara, Antalya, Çorum, Elazığ, İstanbul, İzmir, Ordu, Samsun, Kahramanmaraş və Van vilayətlərini əhatə edib.

 

Məlumata görə, əməliyyat nəticəsində 20 FETÖ şübhəlisi saxlanılıb. Onların təşkilatın qondarma "Hərbi Şəxsi" strukturunda fəaliyyət göstərdikləri, təşkilatın məsul şəxsləri ilə əlaqə saxladıqları, FETÖ-nun "ByLock" kriptokommunikasiya proqramının istifadəçiləri olduğu üzə çıxıb.

 

A.Yerlikaya terrorçulara qarşı mübarizənin qətiyyətlə davam edəcəyini diqqətə çatdırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR