“Starbucks”ın yeni direktoru işə başlamamış qalmaqalın mərkəzinə düşdü

“Starbucks”ın yeni direktoru işə başlamamış qalmaqalın mərkəzinə düşdü

“Starbucks”ın yeni təyin olunmuş CEO-su Brayan Nikkol Brayan şirkətdən gedib. Müqaviləyə əsasən, şirkətin direktoru həftədə üç dəfə ofisdə olmalıdır.


Sfera.az bilririr ki, tənqidin səbəbi ekoloji problemlər olub. Belə ki, Nikkol Brayan işə korporativ təyyarə ilə getmək istəyib. Bu isə özünü ekoloji məsuliyyət daşıyan şirkət bəyanatlarına ziddir.
 

Onun Kaliforniya ştatının Nyuport-Biç şəhərindəki ailə evindən şirkətin Sietldəki baş qərargahına təqribən 1000 mil yol gedəcəyi məlum olub. Bundan sonra tənqid atəşinə tutulub. Həmçinin şirkət və xüsusən rəhbərlik ictimaiyyət qarşısında özlərini ətraf mühitə cavabdeh kimi göstərir. Tənqidçilər “Starbucks”ı ikiüzlülükdə günahlandırıblar.
 

Nikkol Brayan sentyabrın 9-da dünyanın ən böyük qəhvə zəncirini təhvil alacaq. Onun əsas ofisi Sietldə olacaq və vaxtının çoxunu dünyada tərəfdaşlara və müştərilərə baş çəkməklə keçirməlidir.


Müqaviləyə görə, şirkət direktoru həftədə üç dəfə ofisdə olmalıdır və o, ofisdən evinə qədər 1600 kilometr məsafədə olduğu üçün ora korporativ təyyarə ilə getmək istəyir. İşə təyyarə ilə çatmaq üçün ona 2,5 - 3 saat lazımdır.
 

Nikkolun illik əsas maaşı 1,6 milyon dollar olacaq. O, həmçinin şirkətin mənfəətindən asılı olaraq bonus ala bilər. Bonusun maksimum məbləği ildə 7,2 milyon dollar və ya 23 milyon şirkət səhmləridir.
 

Qeyd edək ki, Avropa Nəqliyyat və Ətraf Mühit Federasiyasının hesabatına görə, şəxsi təyyarə ilə uçmaq ən çirkli nəqliyyat növlərindən biridir. Kommersiya uçuşlarından 14 dəfə, qatarla səyahətdən isə 50 dəfə çox tullantılar yaradır.


“AJ Bell”in investisiya analitiki Dan Cotsworth, Brayana şirkətin baş ofisindəki digər işçilərlə eyni hibrid iş şəraiti təklif edildiyini bildirib.
 

"Lakin onun Kaliforniya və Seattle arasında 1600 km məsafəni qət etmək üçün korporativ təyyarədən istifadə edə biləcəyi fikri təəssüf doğurur"-deyə analitik qeyd edib.
 

Onun sözlərinə görə, şəxsi təyyarələrin uçması təkcə pis görünüş deyil. Bu, həm də ətraf mühit üçün də pisdir; şirkətin işçiləri və müştərilərinə mənfi mesaj göndərir, həm də 400.000 işçisi olan 105 milyard dollarlıq biznesi idarə etməyin səmərəli yolu deyil.


Brayan Nikkol 2018-ci ildən Meksikanın “Chipotle” fast food şəbəkəsinə rəhbərlik edir. Onun rəhbərliyi dövründə şirkətin satışları iki dəfə artaraq, səhmlərin qiyməti 7 dollardan 70 dollara yüksəlib. “Chipotle” həmçinin minə yaxın yeni filial açıb, qida istehsalı üçün yeni texnologiyalardan və avtomatlaşdırılmış istehsal proseslərindən istifadə etməyə başlayıb.
 

İtaliyada isə bu yaxınlarda “Starbucks” qəhvə şəbəkəsi rəqiblərini məğlub etmək üçün zeytun yağı ilə qəhvə hazırlamağa başlayıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Miss İsveçrə" boğularaq öldürüldü: Cəsədi hissələrə ayrılıb

38 yaşlı keçmiş model və “Miss İsveçrə” finalçısı Kristina Yoksimoviç bu il fevralın 13-də Bazel (İsveçrə) yaxınlığındakı Binningen şəhərindəki evin...

Dang qızdırmasının dəhşətli nəticələri kəşf edildi: Zehni zədələnmə riski 213%-dir

Qlobal istiləşmənin gəlişi ilə bütün dünyada bir sıra təhlükəli xəstəliklər yayılmağa başladı ki, bunlardan biri də ağcaqanadlar tərəfindən ötürülən Dang qızdır...

Üç min şəhidlə bağlı məlumat silinib?

“Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr vikipediyadan silinib”.   Sfera.az xəbər verir ki, bu iddia ilə texnobloqer, Mətbuat Şura...

Gündə 16 min kalori qəbul edən məşhur bodibilder vəfat etdi

“Dünyanın ən dəhşətlisi” adlandırılan belaruslu bodibilder İlya Efimçik 36 yaşında vəfat edib.   Sfera.az bildirir ki, ölüm səbəbi infarkt ...

ABŞ Çinin bir sıra strukturlarına sanksiyalar tətbiq etdi

ABŞ ballistik raketlərin hazırlanması ilə bağlı avadanlıq və texnologiyanı Pakistana ötürdükləri iddiası ilə Çin qurumlarına sanksiyalar tətbiq edib.   ...

Meymun çiçəyi tüğyan edir: Peyvəndlər virusa yoluxma hallarının qarşısını alırmı?

Meymun çiçəyinin təhlükəli və inanılmaz dərəcədə yoluxucu yeni ştammı (meymun nəcisi də adlandırılır-red.) bütün dünyada yayılır. Xəstəlik alimləri bu təhlükəli...