Cennifer Qarnerin sevgilisi səbirsizliklə Afflek və Lopezin boşanmasını gözləyir - SƏBƏB

2018-ci ildən aktrisa Cennifer Qarnerlə birlikdə olan amerikalı iş adamı Con Miller Cennifer Lopezin Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciətindən sonra rahat nəfəs alıb. O, hesab edir ki, indi keçmiş ər təsəlli və problemin həlli axtarışında onun sevgilisini narahat etməyəcək.
Sfera.az bildirir ki, Cennifer Qarner indi diqqətini şəxsi həyatına yönəldə bilər. Altı ildir birlikdə olan Cennifer və Con münasibətlərini mediadan uzaq tuturlar.
Lopez nikahı bitirmək qərarına gəlməzdən bir neçə ay əvvəl Qarner "evlilik məsləhətçisi" rolunu üzərinə götürüb və cütlüyün birlikdəliklərini xilas etmək üçün əlindən gələni edib.
Bununla belə, Qarnerin dostları vasitəçi rolunun aktrisanın özünə zərər verə biləcəyindən narahat idilər. Çünki bu, Qarnerin Millerlə münasibətlərini təhlükə altında qoyurdu.
Bu sülhməramlı rol bəzən Milleri də qıcıqlandırıb. O, bir tərəfdən uşaqlara görə Afflekin Qarnerlə həmişə əlaqə saxlayacağını anlayır, lakin eyni zamanda sevgilisini paylaşmağı da sevmir.
Mənbələrdən biri bildirib ki, Con keçmiş cütlüyün yenidən romantik bir əlaqəyə girəcəyindən qorxmur, sadəcə olaraq Qarnerin keçmişinə bu qədər enerji sərf eməsini istəmir.
İndi Con Miller də çox həyəcanlıdır.
Mənbələr həmçinin qeyd ediblər ki, Millerin son bir neçə ayda göstərdiyi səbr Qarnerin münasibətlərinin gələcəyi ilə bağlı hisslərini daha da gücləndirib.
Aynil
Sfera.az








