İranılı nazirdən AÇIQLAMA: "İran gərginliyi azaltmaq istəyir, lakin..."
"İran ABŞ və Avropa ölkələri ilə münasibətlərindəki gərginliyi azaltmaq istəyir, lakin qarşı tərəfin də sanksiyaları yumşaltmaqla və Nüvə sazişini bərpa etməklə addım atacağını gözləyir".
Sfera.az xəbər verir ki, bu barədə İranın yeni xarici işlər naziri Abbas Əraqçi Yaponiyanın Kyodo xəbər agentliyi ilə söhbəti zamanı bildirib.
"Parlamentdəki çıxışım zamanı vurğuladım ki, məhdudiyyətləri qoruyub saxlamaqla, məhdud danışıqlar nəticəsində ciddi, diqqətli və vaxta uyğun olaraq sanksiyaların, xüsusən də birtərəfli sanksiyaların ləğvinə nail olmaq son dərəcə vacibdir. Bunlar ölkənin əsas prinsipləridir”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, bu bəyanat Abbas Əraqçinin avqustun 21-də İran Xarici İşlər Nazirliyinin rəhbəri təyin edildikdən sonra xarici media ilə ilk təması olduğu üçün vacibdir. Xatırladaq ki, Əraqçi 2008-11-ci illərdə İranın Yaponiyadakı səfiri olub. O, həmçinin Tehran və Tokio arasında münasibətlərin normallaşmasının tərəfdarı olduğunu bəyan edib.
İnci
Sfera.az