Polis məmurları qatilin qaçmasına kömək etdikləri üçün həbs ediləcək


Polis məmurları qatilin qaçmasına kömək etdikləri üçün həbs ediləcək

Keniyanın paytaxtı Nayrobidə seriyalı qatilin polis bölməsindən qaçmasına kömək etməkdə şübhəli bilinən beş hüquq-mühafizə orqanı əməkdaşı mühakimə olunacaq.
 

Sfera.az bildirir ki, 33 yaşlı Collins Halusha ən azı 42 qadını öldürüb parçalamaqda şübhəli bilinir. Vəkil isə iddia edir ki, müvəkkilindən işgəncə yolu ilə etiraf alınıb.
 

Yerli polis rəisinin sözlərinə görə, araşdırma göstərir ki, qaçış idarə daxilində göstərilən yardım nəticəsində baş verib.
 

Keniyalı vampir kimi tanınan serial qatil 20 avqust çərşənbə axşamı günü məftil hasarını kəsərək on iki məhbusla birlikdə qaçıb. İndi qaçan şəxslər axtarışa verilib.
 

Qeyd edək ki, qatil iyul ayında polisin zibillikdə qadınların parçalanmış cəsədlərini tapmasından sonra həbs edilib.
 

Qalıqların olduğu çantalar aşkar edildikdə, hadisə yerinə çoxlu sayda insan toplaşıb. Polis kütləni dağıtmaq üçün havaya bir neçə dəfə atəş açmalı və su şırnaqlarından istifadə etməli olub.
 

Onu da qeyd edək ki, Nayrobinin yoxsul bölgələrində hüquq-mühafizə orqanlarına etimadsızlıq hökumətin siyasətinə etirazlardan sonra fəalların itkin düşməsi ilə əlaqədardır. Hüquq müdafiəçiləri onların oğurlanmasında da polis əməkdaşlarının əli olduğunu düşünürlər.
 

Müəyyən müddətdən sonra bütün stansiya zabitləri geri çağırılıb və onların yerinə yeni komanda təyin edilib.
 

Seriyalı qatil saxlanıldıqdan sonra isə müstəntiqlər onu "vampir" və "psixopat" kimi qələmə veriblər. Dindirilmə zamanı o, son iki ildə 42 qadını qətlə yetirdiyini etiraf edib.


Qurbanlar 18-30 yaş arası qadınlar olub və bütün hallarda cinayətlər demək olar ki, eyni olub.
 

Şübhəlinin vəkili Kollinz Haluşi müdafiə etdiyi şəxsin qətliamları etiraf etməyə məcbur etmək üçün işgəncələrə məruz qaldığını bildirib.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR