Keçmiş nişanlısı Ceniffer Lopezin boşanmasına reaksiya verdi
Cennifer Lopezin Ben Afflekdən boşanmaq üçün məhkəməyə ərizə verməsi xəbəri onun keçmiş nişanlısı, beysbolçu Aleks Rodriqesdən də yan keçməyib.
Sfera.az bildirir ki, Aleks Rodriqes J.Lo-nun dördüncü həyat yoldaşı olacaqdı, lakin son anda o, Ben Affleki seçib. “İnstagram Stories”də o, bir vaxtlar özünə deyilən sözdən sitat yerləşdirib.
"Gah bu, ya da başqa tərəfə gedirsən. İstiqaməti seçən sən olmalısan"- paylaşımda yazılıb.
Xatırladaq ki, Lopez və Rodriqes 2017-ci ildə görüşməyə başlayıblar. İki il sonra nişanlandıqlarını elan etsələr də, 2021-ci ildə münasibətləri kəsiblər. Səbəblərdən biri də Alekskin realiti-şou ulduzu Medison LeKroya qarşı olan marağı olub.
"Biz dost kimi daha yaxşı olduğumuzu anladıq və daim belə qalmağa da ümid edirik. Birlikdə işləməyə və ümumi layihələrimizdə bir-birimizi dəstəkləməyə davam edəcəyik. Bir-birimizə və bir-birimizin övladlarına ən yaxşısını arzulayırıq” - cütlük o vaxt mediaya verdikləri birgə bəyanatda bunları deyib.
Ayrıldıqdan qısa müddət sonra isə Cennifer 2022-ci ilin yayında evləndiyi Ben Affleklə yenidən bir araya gəlib.
Rodriqes hazırda şəxsi məşqçisi Jacqueline Cordeiro ilə görüşür və artıq onu uşaqları ilə tanış edib. 2022-ci ildə bir verilişdə çıxışı zamanı o Lopezi tərifləyib.
"Mən sizə Cennifer haqqında danışacağam. Bunu ötən gün burada olan bəzi həmkarlarıma da demişəm. O, indiyə qədər tanış olduğum ən istedadlı insandır"-deyə beysbolçu Lopezi ən çalışqan və bu dünyada yaşayan ən böyük ifaçı adlandırıb.
JLo isə avqustun 20-də evliliklərinin ikinci ildönümündə Afflekdən boşanmaq üçün ərizə verib. O, bunu vəkillərin köməyi olmadan təkbaşına edib. Müğənni ayrılıq tarixini 26 aprel 2024-cü il kimi göstərib.
Ben isə hələ ki, onun addımına münasibət bildirməyib.
Aysel
Sfera.az