Avropada bu səbəbdən ölümlər 5 dəfə ARTACAQ - ARAŞDIRMA
Avropada istilər səbəbindən dünyasını dəyişən insanların sayı gələcəkdə 5 dəfə artacaq.
Sfera.az xəbər verir ki, belə bir araşdırmanı Avropa Birgə Araşdırmalar Mərkəzi aparıb. Mərkəzin araşdırmasına əsasən, iqlim dəyişikliyinin təsiri ilə Avropada havanın temperaturu illər ötdükcə yüksələcək.
Məlum olub ki, 2100-cü ilə qədər qitə səviyyəsində temperaturun yüksəlməsi ilə əlaqədar ölümlər orta hesabla 3 dəfə, bəzi yerlərdə isə 5 dəfə artacaq.
Avropada havaların isti keçməsinə görə hər il 43-44 min insan dünyasını dəyişir. 2100-cü ildə bu rəqəmin orta hesabla 128-130 minə yüksələcəyi gözlənilir. Hesabata görə, havanın temperaturu ilə bağlı ölüm halları ilk növbədə Avropanın cənub bölgələrində artacaq. Bu regionda yerləşən İspaniya, İtaliya, Yunanıstanda və Maltada ölümlərin 5 dəfəyə qədər artacaq.
Proqnoza görə, Avropada 2100-cü ildə temperatur 3 Selsi yüksələcək. Mərkəzin araşdırmasına əsasən, əgər temperaturda artım 4 Selsi olarsa, bu halda ölüm halları bugünkü rəqəmlərdən təxminən 9 dəfə çox olacaq.
Vasif