Ukrayna ordusu Rusiyada yanğın davam edən neft bazasına təkrar HÜCUM ETDİ

Kateqoriya məlum deyil
T
Ukrayna ordusu Rostov vilayətinin Proletarsk qəsəbəsindəki neft bazasına növbəti dəfə hücum edib.
Sfera.az apa-ya istinadən məlumatına görə, yerli vaxtla səhər saat 05:00 radələrində baş verən hadisə nəticəsində zərər çəkən olmayıb.
Qeyd edək ki, sözü gedən obyektə ilk hücum avqustun 18-də baş verib. Həmin vaxt başlayan yanğını lokallaşdırmaq mümkün olmayıb. Hazırda onun digər çənlərə keçmə təhlükəsinin olduğu bildirilir.
Hələlik sonuncu hücumla bağlı rəsmi məlumat verilməyib.






