Maqnit qasırğalarının sayı artacaq - Alimlərdən PROQNOZ


Maqnit qasırğalarının sayı artacaq - Alimlərdən PROQNOZ

Günəş aktivliyini artırmaq mərhələsindədir.
 

Sfera.az xəbər verir ki, bu vəziyyət bu ilin sonuna kimi davam edəcək. Bu o deməkdir ki, maqnit qasırğalarının sayı artacaq.
 

“Hazırda Günəş aktivlik dövrünün böyümə mərhələsindədir. Proqnozlara görə, bu, cari ilin sonuna kimi davam edəcək",- "Fobos” mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus məlumat verib.
 

O bildirib ki, böyümənin gələn ilin birinci yarısında ifadə olunması da mümkündür.
 

"Qeyd olunan dövrdə güclü maqnit qasırğalarının sayı artacaq, çünki Günəşdə daha aktiv proseslər olacaq”, - deyə alim bildirib.
 

Leus onu da vurğulayıb ki, tədricən Günəşin aktivliyi azalmağa başlayanda maqnit qasırğalarının sayı da azalacaq.
 

"Bütün bunlarla birlikdə Günəşin aktivləşməsinin bu mərhələsi 1990-cı illərin aktivləşmə mərhələsindən və o dövrdə baş verən maqnit qasırğalarından nəzərəçarpacaq dərəcədə aşağıdır"-, deyə rus alim yekunlaşdırıb.

İnci

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR