Qəzaya uğramış yaxtada ölən daha üç sərnişinin cəsədi tapıldı
Avqustun 19-dan bəri davam edən əməliyyat nəticəsində Porticello yaxınlığında şiddətli fırtınada batan “Bayesian” superyaxtasından 5 sərnişinin cəsədi xilasedicilər tərəfindən çıxarılıb.
Sfera.az bildirir ki, itkin düşənlərin axtarışında təkcə insanlar deyil, robotlardan da istifadə olunur. Artıq beş sərnişinin meyitinin şəxsiyyəti müəyyən edilib.
Xəbər verdiyimiz kimi ötən gün tapılan iki cəsədin milyonçu Mayk Linç və onun 18 yaşlı qızına məxsus olduğu bildirilirdi. Lakin bu gün “Daily Mail” bir qədər fərqli məlumat yayıb.
İtkin düşən 6 nəfərdən beşinin cəsədi müəyyən edilib. Cəsədlər Mayk Linç, “Morgan Stanley”nin sədri Conatan Blumer, həyat yoldaşı Judith, hüquqşünas Kristofer Morvillo və həyat yoldaşı Nedaya məxsusdur. Mayk Linçin qızı Hannah Linçin isə axtarışları hələ də davam edir.
Yaxtanın batmasından dərhal sonra kanadalı aşpaz Rekaldo Tomasın cəsədi aşkarlanmışdı.
Yaxta sağ tərəfdə, 50 metr dərinlikdə toxunulmaz vəziyyətdədir. Dalğıclar uzaqdan idarə olunan sualtı qayıqlardan istifadə edərək “Bayesian” gəmisinin dağıntıları arasında axtarışları davam etdirirlər. Sahil Mühafizəsinin məlumatına görə, robotlar maksimum 300 metr dərinlikdə istifadə edilə bilər. Bu robotlar dəniz dibini araşdırmaq, video və ətraflı təsvirləri yazmaq üçün qabaqcıl texnologiya ilə təchiz olunub. Yaxtanın içərisinə girmək üçün 3 sm qalınlığında şüşəni sındırmaq lazım gəlib.
Axtarış qrupları yaxtanın içərisindəki dar boşluqların zibil və mebellərlə dolu olduğu üçün əməliyyatın çətinləşdiyini bildirib. Bundan əlavə, bədənin 90 dərəcə əyilməsi lazım gəldiyindən içəri giriş çətinləşir.
Bu arada, qonşu Termini İmerese şəhərində də hüquq-mühafizə işçiləri fəlakətlə bağlı araşdırmalara başlayıb. Onlar yaxtanın batmasına nəyin səbəb olduğunu müəyyən etməyə çalışacaqlar. Xüsusilə, dalğıclar yaxtanın qismən qaldırıldığını aşkar etdikdən sonra ona daha yaxından baxmaq istəyirlər.
Hüquq-mühafizə orqanları ekipaj üzvlərinin lyukları açıq qoyub-qoymamasını və təhlükəsizlik tədbirlərini də yoxlayırlar.
Dəniz Təsadüfi Təhqiqat Bölməsindən (MAIB) dörd britaniyalı müfəttişdən ibarət qrup batmış ərazini yoxlamaq üçün Porticelloya gəlib. Gəmi Britaniya bayrağı altında üzdüyü üçün britaniyalılar bu işə cəlb olunublar.
Qeyd edək ki, yaxta Linçin həyat yoldaşı Angela Bacaresə məxsus “Revtom” şirkətinə məxsus olub.
Tornado yaxtanı vuran zaman gəmidə ümumilikdə 10 ekipaj üzvü və 12 sərnişin daxil olmaqla 22 nəfər olub.
İlk gün təcili yardım xidmətləri bir yaşlı uşaq və Mayk Linçin həyat yoldaşı Angela Bacares də daxil olmaqla 15 nəfəri xilas edib.
Aynil
Sfera.az