Filipp Kirkorovun 92 yaşlı atası həbs oluna bilər


Filipp Kirkorovun 92 yaşlı atası həbs oluna bilər

Rus pop kralı Filipp Kirkorovun 92 yaşlı atası Bedros Kirkorovun barəsində inzibati iş açılıb. O, 15 sutka həbs oluna bilər.
 

Sfera.az bildirir ki, həbsə səbəb ödənilməmiş cərimələrdir.
 

Qeyd edək ki, 2023-cü ilə qədər Ukraynanın xalq artisti olan Bedros Kirkorov aktiv həyat sürür. Yaşının çox olmasına və səhhətində problemlər olmasına baxmayaraq, avtomobili özü idarə edir. Lakin məlum olub ki, o, yüksək sürəti də çox sevir. Belə ki, bu yaxınlarda Bedros sürət həddini üç dəfə aşaraq 1,5 min rubl cərimə alıb.
 

Lakin Bedros Kirkorov cəriməni ödəməyə tələsmir ki, bu da onun həbsinə səbəb ola bilər.


“Filipp Kirkorovun atasını 15 günə qədər həbs cəzası gözləyir. 92 yaşlı Bedrosa qarşı inzibati iş açılıb. Onu həbs və ya ikiqat məbləğdə yeni cərimə gözləyir”- deyə Rusiya mediası xəbər verir.
 

Media onu da qeyd edir ki, məşhur ifaçı atasının dəmir barmaqlıqlar arxasına salınmasına icazə verməyəcək, buna görə də atasının cərimələrini özü ödəyəcək. KİV-in məlumatına görə, elə bu həftə Filipp Kirkorov hazırda xaricdə yaşayan uşaqları ilə birgə tətildə olduğu Yunanıstandan qayıdıb.
 

Filipin atası ilə çox yaxın münasibətdə olduğu bilinir və bütün xərclərini də məhz özü qarşılayır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR