Qətərin Baş naziri İrana səfər edəcək

Kateqoriya məlum deyil
T
Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani İrana səfər edəcək.
Sfera.az xəbər verir ki, bu barədə “Tasnim" Agentliyi məlumat yayıb.
Əl-Taninin Doha ilə Tehran arasındakı münasibətləri, eləcə də əsas regional məsələləri müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Qətər son həftələr Qəzzada atəşkəslə bağlı aparılan danışıqlarda fəal rol oynayıb.






