Bu avropa ölkəsi şagirdlərə smartfonlardan istifadəni QADAĞAN ETDİ

Kateqoriya məlum deyil
T
Belçikanın fransızdilli bölgələrində və paytaxt Brüsseldə ibtidai və orta məktəblərdə şagirdlərə smartfonlardan istifadə qadağan edilib.
Sfera.az bildirir ki, qadağa 132 min 600 nəfəri əhatə edəcək. Məlumata görə, Belçikada Valloniya-Brüssel Təhsil Şəbəkəsi (WBE) avqustun 26-da başlayacaq 2024-2025-ci tədris ilindən etibarən fransız dilli 373 məktəbdə şagirdlərin özləri ilə smartfon gətirməsini qadağan etmək qərarına gəlib.
WBE qərarı bu cür izah edib: “Şagirdlər smartfonlarla bir-birinin şəkillərini çəkir və sosial media platformalarında paylaşırlar. Bu da cinsi təcavüz cinayətlərinin sayının artmasına səbəb olur”.
Türkan






