Afrikada Ukraynanın terrorçulara dəstəyinə qarşı aksiya keçirildi


Afrikada Ukraynanın terrorçulara dəstəyinə qarşı aksiya keçirildi

Nigerin paytaxtı Niameydə yüzlərlə fəal Ukraynanın Afrikadakı terrorçulara dəstəyinə qarşı mitinqdə iştirak edib.
 

Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
 

Mitinqə çoxlu sayda nümayişçi Rusiya və Niger bayraqları ilə gəlib. Onların bəziləri əllərində “Ukrayna terrorçu ölkədir”, “Ukrayna, Saheldən çıx” şüarları yazılmış plakatlar tutub.
 

Etirazçılar həmçinin Mali, Niger və Burkina Faso ölkələrinin konfederasiyasının suveren statusundan danışıblar. Sahel dövlətlərinin müstəqil inkişaf etmək və öz ərazilərində terror təhlükələri ilə mübarizə aparmaq hüququnu qorumağa çağırılıb.
 

Avqustun 20-də məlum olub ki, Mali, Niger və Burkina-Fasonun xarici işlər nazirləri Kiyevin Afrikada terrorizmə verdiyi dəstəyə görə Ukraynaya qarşı tədbir görməyə çağırışla BMT Təhlükəsizlik Şurasına müraciət ediblər.
 

Bundan əvvəl Mali və Niger Ukraynanı Afrikadakı terror qruplaşmalarına dəstək verməkdə ittiham edərək, onunla diplomatik münasibətləri kəsmişdi. Qərar iyulun sonunda Tuareg üsyançılarının Mali hökumət qoşunları və hökumət üçün mübarizə aparan "Wagner PMC" döyüşçülərinin karvanına hücumundan sonra verilib.

İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR