Logo

“Səfirimiz namərdliklə öldürülüb” - Putin iclas keçirdi

“Səfirimiz namərdliklə öldürülüb” - Putin iclas keçirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya prezidenti Vladimir Putin səfir Andrey Karlovun ölümü ilə bağlı iclas keçirib.

Sfera.az Lenta.ru-ya istinadən xəbər verir ki, o, Xarici işlər naziri Sergey Lavrov, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə birgə müzakirələr aparıb.

Putin ölümündən sonra mərhum səfir Andrey Karlovun təltif edilməsini tapşırıb: "XİN-dən xahiş edirəm ki, Karlovu dövlət mükafatı ilə təltif etsin. Və ailəsinə onun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təklif versin”.

Rusiya dövlət başçısı səfirin qətlinə sərt reaksiya verib:

"Türkiyədən faciəvi xəbər gəldi. Rusiyanın səfiri namərdliklə öldürülüb. Karlov mehriban və kübar şəxsiyyət idi”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR