Logo

ŞOK İDDİA: Səfirin qatili Ərdoğana qarşı çevriliş cəhdindən xəbərdar idi

ŞOK İDDİA: Səfirin qatili Ərdoğana qarşı çevriliş cəhdindən xəbərdar idi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd təşkil edən Mövlud Mert Altıntaşla bağlı şok bir iddia irəli sürülüb.

Sfera.az "Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, polis məmuru olduğu deyilən Mövlüd Mert Altıntaşla bağlı araşdırmalar başlanıb.

Araşdırmalar nəticəsində onun Fethullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsinin olduğuna dair güclü dəlillər tapılıb. 1994-cü il təvəllüdlü Mövlüd Mert Altıntaşın iyulun 15-də hərbi çevrilişə cəhd zamanı etdikləri diqqət çəkib.

Məlumata görə, çevriliş cəhdi barədə xəbərdar olan polis məmuru çevriliş cəhdindən əvvəl iki günlük icazə alıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR