Ərdoğan Rusiya səfirinin öldürülməsindən — DANIŞDI

Ərdoğan Rusiya səfirinin öldürülməsindən — DANIŞDI
"Bu gün Ankarada, Böyükşəhərdə Rusiya səfir Andrey Karlovun qətlə yetirilməsinə çox təəssüf edirəm. Səfirin alçaqcasına və xaincəsinə öldürülməsini nifrətlə qınayıram. Bu axşam Rusiya prezidenti cənab Putinlə bu hadisəni danışdıq. Şəxsən mən, bələdiyyə başçısı, bütün Türkiyə hökuməti bu qətlin izindədir”.
 
Ölkə.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Ərdoğan canlı olaraq çıxış edərkən bildirib. O, hadisədən çox kədərləndiyini deyib:
 
"Bu hadisəyə görə, öz adımdan, millətim, hökumətim adından Rusiya prezidenti Putinə və bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.

Bu bir provakasiyadır. Amma Rusiya və Türkiyə dövlətləri, rəhbərləri bu təxribata uymayacaq qədər ağıllıdırlar. Bundan sonra da iki dövlətin münasibəti yaxş olacaq.

Rusiya tərəfindən xahiş edilib ki, Türkiyədəki səfirliklər və konsulluqlar təhlükəsizlik baxımından daha da yaxşı qorunsun. Bizim təkidimizə baxmayaraq, Rusiya Andrey Karlovun cənazəsini öz göndərəcəkləri təyyarə ilə aparacaqlar.

Rusiya tərəfi qətl hadisəsini öz göndərəcəkləri mütəxəssislər tərəfindən araşdırılmasını istəyiblər. Bizim də şübhəsiz buna heç bir etirazımız olmayacaq. Baş nazirə və digər nazirlərə də lazımı təlimatlar verilib. Bu qatil Mevlüt Mərt Altıntaş Söke Cumhuriyet Anadolu Liseyinin məzunudur. Polis məktəbinin məzunu olub, 2 il 5 aydır işləyirdi.


OXŞAR XƏBƏRLƏR