2 şəhərin enerjisini kəsib: 100 000 abunəçi işıq və internetsiz qaldı

2 şəhərin enerjisini kəsib: 100 000 abunəçi işıq və internetsiz qaldı

Almaniyanın cənubunda 100 min abonent qəfildən işıqsız qalıb. Elektrikçilər fövqəladə vəziyyətə sansarın səbəb olduğunu aşkar ediblər.


Sfera.az bildirir ki, səhər saatlarında Lüdviqsburq (95 min nəfər) və Kornvesthaym (30 min nəfər) şəhərlərində elektrik enerjisi iki saatdan çox kəsilib.


Elektrikçilər bunun səbəbini öyrənməyə başlayıblar. Əsas transformatorlardan birini açanda orada sansar tapılıb. Heyvan transfarmatora bir qədər zərər verib və bir neçə naqili çeynəyib.


Şəhərlərdə elektriklə yanaşı, internet və mobil rabitə olmayıb. Svetoforun işləmədiyi kəsişmələrdə yol polisi işləyib. Xoşbəxtlikdən ciddi qəza baş verməyib. Vağzal binasında da işıqlar sönüb, sərnişinlər əl-ələ verib qatar yolu ilə piyada getməli olublar.



Aynil

Sfera.az 


OXŞAR XƏBƏRLƏR