Dünya əhalisinin yarısı çirklənmiş içməli su ilə üzləşir - TƏDQİQAT



Dünya əhalisinin yarısı çirklənmiş içməli su ilə üzləşir - TƏDQİQAT

"ETH Zurich" alimlərinin bildirdiyinə görə, dünya əhalisinin təxminən yarısı, 4,4 milyarddan çox insanın təhlükəsiz içməli suya çıxışı yoxdur.

 

Sfera.az xəbər verir ki, araşdırmanın nəticələri "Science" jurnalında dərc olunub .
 

Nəşrin məlumatına görə, bu, ilk növbədə nəcislə çirklənmə ilə bağlıdır. Belə ki, göstəricilərin ÜST - UNICEF Birgə Proqramının əvvəlki hesablamalarından iki dəfə yüksək olduğu ortaya çıxıb.
 

Araşdırmada deyilir ki, aşağı və orta gəlirli ölkələrdə yaşayan insanların 48 faizi bu problemlə üzləşir. Keyfiyyətli və təhlükəsiz su təchizatı təkmilləşdirilmiş mənbədən - yəni təkcə çaydan və ya dərədən deyil, quyudan və ya su borusundan su əldə etmək deməkdir. Belə bir mənbə ev təsərrüfatının ərazisində yerləşməlidir və ondan gələn su lazımi miqdarda olmalıdır.
 

Bundan əvvəl BMT xəbərdarlıq etmişdi ki, bəşəriyyət quraqlıqla mübarizə üçün təcili tədbirlər görməlidir, çünki onların sayı və müddəti 2000-ci ildən bəri 29 faiz artıb.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR