Alen Delon niyə it qəbiristanlığında dəfn edilməsini vəsiyyət edib?

Alen Delon niyə it qəbiristanlığında dəfn edilməsini vəsiyyət edib?

Ötən gün 89 yaşında vəfat edən Fransa kinosunun əfsanəsi Alen Delon ölümündən sonra harada dəfn olunmaq istədiyini 6 il öncə vəsiyyət edib.
 

Sfera.az bildirir ki, müsahibələrinin birində Alen Delon ailə mülkünün ərazisindəki it qəbiristanlığı ilə üzbəüz kilsənin yanında dəfn olunmaq istədiyini bildirib.
 

Aktyor uşaqlıqdan itləri çox sevib. Onun sözlərinə görə, yalnız itlər onu qeyd-şərtsiz sevib və buna görə də onların yanında dəfn olunmaq istəyib.

Aktyor 1971-ci ildən bəri ilin çox hissəsini Soulda yaşayıb. Hətta burada nəhəng qalası olan bir mülk alıb. Tarixi dəyərə malik olan bina Tək Vadiyə baxır. Delon üçün bu yer itlərinin əhatəsində yaşadığı sığınacaq olub. Eyni zamanda, Alen Parisdə Eyfel qülləsinə baxan terrası olan üç mərtəbəli mənzilə sahib olsa da, burada yaşamağa üstünlük verib. Yerli sakinlər qeyd edirlər ki, 1970-80-ci illərdə onu yaxınlıqdakı aptekdə və ya restoranda, hətta aktrisa və çox sevdiyi qadınlardan biri olan Mireille Darc ilə məktəb şənliklərində tez-tez görmək olardı.

Aktyorun övladları Entoni Alain-Fabien və Anuşka ailə evini çoxdan tərk etdiyi üçün itlər onun ən yaxın yoldaşları olublar. İtlərindən biri öləndə Alen onu ev heyvanları üçün düzəltdiyi qəbiristanlıqda basdırıb.
 

"Bu gün burada 35 qəbir var. İtlər öləndə onları bu qəbirlərə bir yerə qoyuram. Mən də heyvanlarımın arasında basdırılmaq istəyirəm"- deyə aktyor bildirib.
 

Ulduzun sözlərinə görə, onu qeyd-şərtsiz və qarşılıqsız sevən, heç nə istəmədən hər zaman yanında olan tək itlər olub.

"Doberman olan Qala həyatımdakı ilk itlərdən biri idi. Bir gün ona qışqırdım, sonra sığalladım. O, ayağımın dibində oturdu. Mənə baxdı. Mən onun ağladığını gördüm. Eyni şəkildə mən də indi Malinois adlı bir it var, kim mənə baxır, o gülümsəyir”-deyə Delon jurnalistlərlə müsahibəsibdə bildirib.
 

Delonun ölümündən xəbər tutan qonşuları onun malikanəsinə güllər gətiriblər.
 

"O, həmişə çox gülməli idi və zarafat etməyi xoşlayırdı, amma lovğa deyildi. O, burada özünü nə ulduz, nə də aktyor kimi aparırdı. O, bizə adi bir qonşu kimi davranardı"- yerli sakinlərdən biri jurnalistlərə deyib.
 

1996-cı ildə bir televiziya aparıcısı aktyordan soruşmuşdu:
 

"Əgər Allah varsa, öləndən sonra onun nə dediyini eşitmək istərdiniz?"
 

Delon bir dəqiqə tərəddüd etmədən cavab verib:
 

"Ən böyük təəssüf hissim: Gəl, səni ata və ananın yanına aparacağam, nəhayət, onları ilk dəfə bir yerdə görə biləsən”.

Qeyd edək ki, Alen Delonun dəfn mərasiminin dəqiq tarixi hələ açıqlanmayıb. Aktyorun ailəsi mətbuata açıqlamasında mərasimin özəl olacağını bildirib və onların şəxsi həyatına hörmət göstərilməsini xahiş edib.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR