Alen Delonun ölüm səbəbi nədir? – Bilinməyən xəstəliyi...

Alen Delonun ölüm səbəbi nədir? – Bilinməyən xəstəliyi...

Xəbər verdiyimiz kimi, Fransa kinosunun əfsanəsi Alen Delon 88 yaşında vəfat edib.


Sfera.az xəbər verir ki, bu barədə Alen Delonun övladları AFP agentliyinə bildiriblər.

 

Onların sözlərinə görə, Alen Delon uzun müddət davam edən xəstəlikdən sonra vəfat edib. 


2019-cu ildə insult keçirən aktyorun səhhəti son illərdə pisləşib. Fransa mətbuatının yazdığına görə, Delonun açıqlanmayan daha bir ciddi xəstəliyi var imiş.
Delonun aktyor kimi ictimaiyyət qarşısında sonuncu çıxışı 2019-cu ildə Kann Film Festivalında olub. Aktyor burada Fəxri Qızıl Palma mükafatına layiq görülüb. 


Xatırladaq ki, aktyor 1960-1970-ci illərdə çəkilmiş Rocco and His Brothers (1960), Plein Soleil (1960), L'Eclisse (1962), The Leopard (1963), The Yellow Rolls-Royce (1965), Lost O Command (1966) və Le Samouraï (1967) kimi filmlərdəki rolu ilə rəğbət qazanıb.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çe...

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...