"Ukrayna Kursk istiqamətində yeni əraziyə hücum etməyə çalışır" - Rusiya rəsmisi

"Ukrayna Kursk istiqamətində yeni əraziyə hücum etməyə çalışır" - Rusiya rəsmisi

"Ukrayna hərbi birləşmələri Kursk istiqamətində yeni əraziyə hücum etməyə çalışır".

 

Sfera.az bildirir ki, bunu Rusiya Silahlı Qüvvələrinin İdarə rəisinin müavini, general-mayor Aptı Alaudinov deyib. 

 

“Bu gün biz hiss edirik ki, düşmən qarşı tərəfdən daxil olmağa cəhd etmək üçün yenidən mövqelərini dəyişir, lakin Rusiya qoşunları vəziyyətə tam nəzarət edir.  Düşmənin istənilən hərəkətini dəf etməyə hazırıq”, - Alaudinov bildirib.

 

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin hərbi resurslarını aktiv şəkildə tükəndirir: “Ukrayna əsgərləri Kursk vilayətinin bütün ərazilərində fəal şəkildə təslim olmağa başlayıb”.

 

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da Kursk vilayətinə hücum edib.  

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR