Logo

Təyyarə qəzaya uğradı- 30 nəfər öldü

Təyyarə qəzaya uğradı- 30 nəfər öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yakutiyanın Bulunsk rayonunda göyərtəsində 39 nəfərin olduğu "İl-18” təyyarəsi qəzaya uğrayıb.

Sfera.az xəbər verir ki, TASS bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

"Yekaterinburqun Koltsovo aeroportundan dekabrın 19-da səmaya qalxan "İl-18” təyyarəsi Tiksi qəsəbəsinin 27 km məsafəsində qəzaya uğrayıb”, - mənbə bildirib.

Qeyd edilir ki, təyyarənin göyərtəsində 32 sərnişin və yeddi nəfər heyət üzvü olub.

Hazırda zərərçəkənlərin təxliyəsi işi aparılır.

İnterfaks-ın məlumatına görə, qəza nəticəsində 30 nəfər ölüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR