Ketti Perri məhkəməyə verildi - SƏBƏB


Ketti Perri məhkəməyə verildi - SƏBƏB

İspaniyanın Balear adalarının Ətraf Mühit Departamenti "Sespalmadora dune" qoruğuna dəyən mümkün zərərlə bağlı məşhur amerikalı müğənni Keti Perriyə qarşı araşdırmaya başlayıb.
 

Sfera.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, bu ilin iyul ayında müğənni qoruqdan müxtəlif kadrların yer aldığı videosunu təqdim edib.
 

İdarədən bildirilib ki, çəkilişin özü ətraf mühitə qarşı cinayət deyil, çünki ərizə verilsəydi, buna icazə verilə bilərdi. Lakin video müvafiq icazə olmadan çəkilib. Bundan başqa, müğənninin və onun komanda üzvlərinin kəndirlə sərhədi çəkilmiş qadağan zonasına ziyan vurması da istisna edilmir.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR