Dünyanın ən çoxuşaqlı anası: 44 övladı olan qadının nadir xəstəliyi var
“Mama Uqanda” kimi tanınan Mariam Nabantanzi 44 uşaq dünyaya gətirib. O, ümumilikdə 15 dəfə hamilə olub. Mariamın sadəcə sonuncu övladı tək doğulub, qalanları hamısı əkizlər, üçəm, dördəmlərdir.
Sfera.az bildirir ki, Mariam Nabatanzi Babirye nadir bir xəstəliyə sahibdir. Orqanizmi hiperovulyasiya edir, bu da onu dünyanın ən çoxuşaqlı qadını edib.
Ailəsi olduqca böyükdür - altı cüt əkiz, dörd üçəm və üç dördəmi var. Onlardan 10-u qız, qalanlarının hamısı oğlandır. 44 uşaqdan 38-i sağ qalıb.
1993-cü ildə 12 yaşlı balaca Mariam artıq bir neçə həyat yoldaşı olan 40 yaşlı kişi ilə evlənib. O, 13 yaşında olanda ilk əkizləri dünyaya gəlib.
Sonuncu övladını 2016-cı ilin dekabrında qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.
25 illik evliliyindən sonra Mariam artıq "əhəmiyyətini itirib”. Həyat yoldaşı başını götürüb qaçıb. O vaxtdan bəri Mariam uşaqlarını tək böyütmək məcburiyyətindədir.
Məşhur səyyah Dryu Binski bu inanılmaz ailənin tarixini araşdırmaq üçün Uqandaya gedib. Dryu Mariamın uşaqlardan ibarət ordunu tək böyütdüyünü öyrənəndə heyrətə gəlib.
"Onun bütün uşaqları ilə birlikdə gəzdiyini görmək sadəcə möhtəşəmdir. Elə bil, eyni adamdan bir neçəsi var".
Aynil
Sfera.az