Fransa hərbi bazasında yanğın başlayıb - 17 hektar kül olub
Dünya
22:53 / 16.08.2024
9676
Fransanın cənub-şərqində Var departamentində yerləşən Kanujer hərbi bazasında yanğın baş verib.
Sfera.az BFMTV-yə istinadən xəbər verir ki, yanan ərazinin sahəsi 17 hektar olub.
Qeyd olunur ki, fövqəladə vəziyyət yerinə daxil olmaq olduqca çətin hesab olunur. Yanğının söndürülməsinə iki yanğınsöndürmə briqadası, o cümlədən bir helikopter və bir xilasetmə dəstəsi, eləcə də bir taktiki yanğınsöndürmə qrupu cəlb olunub. Ümumilikdə yanğının söndürülməsi işlərinə yüz yanğınsöndürən və xilasedici gedib. Hadisə yerinə iki su bombardmançı təyyarəsi də göndərilib.
İnci
Sfera.az